MİLLİ MƏCLİSİN KOMİTƏLƏRİ BU GÜN ŞUŞADA İCLAS KEÇİRƏCƏK

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçiriləcək.

İclasın gündəliyinə iki məsələ daxildir.

Belə ki, deputatlar Şuşada “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsini və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsini müzakirə edəcəklər.