
YARAT Müasir İncəsənət Məkanının uşaqlar üçün təşkil etdiyi “Little YARAT” proqramının növbəti ustad dərsi iyulun 30-da keçiriləcək.
Budəfəki dərslər Günel Ravilovanın rəhbərliyi ilə “Yayın dadı” mövzusuna həsr olunacaq.
Ustad dərsləri Rəngkarlıq Muzeyində təşkil edilir.
Xatırladaq ki, qeydiyyat çərşənbə axşamından cümə gününə kimi, saat 12:00-dan 18:00-dək aparılır.