
İsveç səfirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan dəhşətə gəlib. Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.
Bu barədə İsveç səfirliyinin rəsmi “Facebook” səhifəsində edilən paylaşımda qeyd olunub.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.