FUTBOL ÜZRƏ DÜNYA ÇEMPİONATININ AÇILIŞ MATÇI DƏYİŞDİRİLİB

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2022-ci il dünya çempionatının təqvimində dəyişiklik edib.

Təşkilatın qərarı ilə çempionatın açılış matçı və başlama saatı dəyişdirilib.

Belə ki, turnirin açlış matçı noyabrın 21-də Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək və A qrupunda çıxış edən Seneqal və Niderland komandaları qarşılaşacaq.

Daha əvvəl açılış matçında eyni qrupdan olan Qətər və Ekvador komandaları qarşılaşmalı idi. Bu matç eyni gündə Bakı vaxtı ilə saat 20:00-a keçirilib.

Xatırladaq ki, ötən gün Qətərdə dünya çempionatının püşkatma mərasimi keçirilib.

Dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.