
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin fevral ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
S/n | Qəbulun keçirildiyişəhər, rayon | Əhatə olunanşəhər və rayonlar | Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumu | Qəbulun keçirildiyigün |
1. | İmişli | İmişli, Sabirabad, Saatlı, Beyləqan, Füzuli, Xocavənd | rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev | 08 |
2. | Saatlı | Saatlı, Sabirabad, İmişli | kənd təsərrüfatı naziri İnam Kərimov | 09 |
3. | Kürdəmir | Kürdəmir, Ağdaş, Ucar, Zərdab, Ağsu, Göyçay | Baş prokuror Kamran Əliyev | 10 |
4. | Ağdam (Quzanlı qəsəbəsi) | Ağdam, Ağcabədi, Laçın | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova | 10 |
5. | Şəmkir | Şəmkir, Gədəbəy | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov | 10 |
6. | Lerik | Lerik, Lənkəran, Astara | gənclər və idman naziri Fərid Qayıbov | 11 |
7. | İsmayıllı | İsmayıllı, Ağsu | “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev | 13 |
8. | Şamaxı | Şamaxı, Qobustan | Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev | 14 |
9. | Yevlax | Yevlax, Mingəçevir, Bərdə | ədliyyə naziri Fikrət Məmmədov | 15 |
10. | Cəlilabad | Cəlilabad, Biləsuvar, Neftçala, Cəbrayıl | daxili işlər naziri Vilayət Eyvazov | 16 |
11. | Salyan | Salyan, Şirvan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı | 16 |
12. | Sabirabad | Sabirabad, Saatlı, İmişli, Beyləqan, Xocavənd | Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov | 16 |
13. | Tərtər | Tərtər, Ağdam | “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov | 16 |
14. | Şirvan | Şirvan, Hacıqabul, Salyan | Ali Məhkəmənin sədri Ramiz Rzayev | 17 |
15 | Şəki | Şəki, Oğuz, Qax, Zaqatala, Balakən | mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Adil Kərimli | 17 |
16. | Zaqatala | Zaqatala, Balakən, Qax | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev | 17 |
17. | Qobustan | Qobustan, Şamaxı | Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov | 17 |
18 . | Kürdəmir | Kürdəmir, Ucar, Zərdab | “Azərsu” ASC-nin sədrinin səlahiyyətlərini icra edən Köçərli Həsənov | 17 |
19 . | Abşeron | Abşeron, Zəngilan | ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev | 23 |
20. | Cəlilabad | Cəlilabad, Biləsuvar, Cəbrayıl | Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli | 23 |
21. | Ağcabədi | Ağcabədi, Ağdam, Laçın | “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev | 23 |
22. | Yevlax | Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir | elm və təhsil naziri Emin Əmrullayev | 24 |
23. | Beyləqan | Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd | energetika naziri Pərviz Şahbazov | 24 |
24. | Qusar | Qusar, Quba | əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev | 24 |
25. | Lənkəran | Lənkəran, Astara, Lerik | fövqəladə hallar naziri Kəmaləddin Heydərov | 24 |
26. | Şirvan | Şirvan, Hacıqabul | iqtisadiyyat naziri Mikayıl Cabbarov | 24 |
27. | Saatlı | Saatlı, Sabirabad, İmişli | Dövlət Gömrük Komitəsi sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov | 24 |
28. | Xaçmaz | Xaçmaz, Şabran, Siyəzən | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev | 24 |
Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.