FƏRRUX KƏNDİNDƏ DAHA BİR NEÇƏ AZƏRBAYCANLININ QALIQLARI AŞKARLANIB

Xocalı rayonunun Fərrux kəndində daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb.

Kənd ətrafında ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş azərbaycanlıların skeletləri aşkar edilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edib. İnsan qalıqlarının Birinci Qarabağ müharibəsində Fərrux dağı uğrunda gedən hərbi əməliyyatlarda həlak olan hərbiçilərimizə və Xocalı soyqırımı zamanı bu yolla çıxmaq istəyən azərbaycanlılara aid olduğu ehtimal edilir.