DİN: SOSİAL ŞƏBƏKƏLƏRDƏ YAYIMLANMIŞ 3 MİLYONA YAXIN MÜRACİƏTƏ ÇEVİK REAKSİYA VERİLİB

Sosial şəbəkələrdə yayımlanmış 3 milyona yaxın müraciətə çevik reaksiya verilib.

Bunu daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında bildirib.

Vətəndaş məmnunluğunun təmin olunması, ərizə və şikayətlərin obyektiv, həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik-davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin icrasına da toxunan general-polkovnik Vilayət Eyvazov bu istiqamətlərdə böyük bir fəaliyyət ortaya qoyulduğunu, nəticələrin müsbət olduğunu, o cümlədən vətəndaşların qəbulu və minlərlə müraciətinin araşdırılması zamanı qaldırılan məsələlərin əksəriyyətinin qanunauyğun həllini tapdığını, “102” Xidmətinə, qaynar xətlərə daxil olmuş, sosial şəbəkələrdə yayımlanmış 3 milyona yaxın müraciətə çevik reaksiya verildiyini, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın təxminən 88,3 faizinin ödənildiyini, əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini diqqətə çatdırıb.