COZEP BORRELL: ERMƏNİSTAN VƏ AZƏRBAYCAN ARASINDA MÜHÜM İRƏLİLƏYİŞ ƏLDƏ OLUNUB

Davamlı sülh, sabit və təhlükəsiz Cənubi Qafqaz istiqamətində çalışmaq üçün Ermənistan və Azərbaycan arasında mühüm səylər və irəliləyiş əldə olunub.

Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell rəsmi tviter hesabında bildirib.

“Mövcud geosiyasi kontekstdə münaqişələrin diplomatik həll yollarını tapmaq həmişəkindən daha vacibdir”, – deyə Cozep Borrell qeyd edib.