COZEF BAYDEN DÜNYA MÜSƏLMANLARINI RAMAZAN AYININ BAŞLANMASI MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

ABŞ Prezidenti Cozef Bayden dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Bu barədə C.Bayden özünün “Twitter” hesabında paylaşım edib.

“Cil və mən Ramazan ayının başlanması ilə əlaqədar Birləşmiş Ştatlarda və bütün dünyada yaşayan müsəlman icmalarına ən xoş arzularımızı çatdırırıq. Xalq Evindən öz evlərinizə, sizə və yaxınlarınıza bərəkətli və tərəqqili bir ay arzulayırıq. Ramazan ayınız mübarək!”.