CEYHUN BAYRAMOV: AZƏRBAYCAN-İTALİYA MÜNASİBƏTLƏRİ STRATEJİ ƏMƏKDAŞLIQ SƏVİYYƏSİNƏ YÜKSƏLİB

2022-ci il Azərbaycan-İtaliya münasibətlərinin təsis edilməsinin 30 illiyini qeyd edirik. 2020-ci ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyanat xüsusi önəm kəsb edir.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan-İtaliya arasında münasibətlər strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib.