BEYNƏLXALQ KOMİSSİYANIN BAŞ DİREKTORU: AZƏRBAYCAN ERMƏNİSTANI BEYNƏLXALQ MƏHKƏMƏYƏ VERSƏ, BİZ BU HAQLI MÖVQEYİ DƏSTƏKLƏYƏCƏYİK

Azərbaycan itkin düşmüş şəxslərin tapılmaması ilə bağlı Ermənistanı beynəlxalq məhkəməyə versə, biz Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyik.

Bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrina Bpmberger deyib.

“Bu məsələ Beynəlxalq konvensiyaya uyğun olaraq həyata keçirilir və itkinlərin tapılması ilə bağlı ölkələr üzərinə məsuliyyət düşür. Bu prosesdə ölkələr məsuliyyət daşıyır.
Bildirirəm ki, bu, itkin düşmüş şəxslərin ailələrinin hüquqlarını müdafiə etmək üçün bir amildir. Əgər bu məsələ ilə bağlı Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verərsə, biz Azərbaycanın mənafeyini müdafiə edəcəyik”, – deyə baş direktor vurğulayıb.