BEYNƏLXALQ AVTOMOBİL FEDERASİYASI BAKI MARŞALLARI İLƏ GÖRÜŞÜB

Bu il Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində əlamətdar görüşlərdən biri də Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammad bin Sulayemin Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubunun üzvləri ilə tanışlığı olub.
Bakı Şəhər Halqasından

bildiriblər ki, M.Sulayem yerli marşalların fəaliyyəti ilə yaxından tanış olaraq, onların yarışlara hazırlığını yüksək qiymətləndirib.
Bakı treki boyu çalışan 1400 marşalın yüksək performansı və yarış zamanı baş verən hadisələrə çevik reaksiya qabiliyyəti yarış direktoru Nils Vittiç və Mohammad bin Sulayem tərəfindən xüsusi vurğulanıb.
Həmçinin FIA nümayəndələri avtoidman tarixində ilk dəfə trek ərazisində marşal postu yalnız xanımlardan ibarət heyətlə tanış olub, onlara yarış müddətində nümayiş etdirdikləri fəallığa görə təşəkkürünü bildirib.