SABAHIN HAVA PROQNOZU AÇIQLANDI

İyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 19-da gözlənilən hava şəraitinin Bakıda və Abşeron yarımadasında günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-25° isti, gündüz 35-37° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 % , gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.