RUSİYALI KOSMONAVTLAR AÇIQ KOSMOSA ÇIXIB

Beynəlxalq Kosmik Stansiyada (BKS) fəaliyyət göstərən rusiyalı kosmonavtlar Oleq Novitski və Pyotr Dubrov açıq kosmosa çıxıb.

Onlar köhnə “Pirs” modulunu stansiyadan ayrılması üçün hazırlayacaq.

“Pirs” modulu 2001-ci ildə BKS-ə qoşulub. Onu iyul ayında “Nauka” modulu əvəz edəcək.

Kosmonavtların açıq kosmosda işi 6 saat 50 dəqiqə davam edəcək.