PEDRO KASTİLYO PERUNUN YENİ PREZİDENTİ SEÇİLİB

Peruda keçirilən prezident seçkilərində “Azad Peru” radikal solçu partiyasının nümayəndəsi Pedro Kastilyo qalib gəlib.

TASS informasiya agentliyinin məlumatına görə, bu barədə ölkənin Seçki Proseslərinin Milli Ofisi tərəfindən səsvermənin ikinci turunun protokollarının nəticələrinin açıqlanmasından sonra bildirilib.

Bülletenlərin təxminən 99,2 faizi hesablanıb. Nəticələrə əsasən Pedro Kastilyoya seçicilərin 50,1 faizi (8 800 081) səs verib. Ölkənin 6,3 milyondan çox seçicisi, yaxud səsvermə hüququ olan vətəndaşların 25 faizindən çoxu seçki məntəqələrinə gəlməyiblər.

Səlahiyyət müddəti beş il olan yeni seçilmiş prezident iyulun 28-də vəzifəsinin icrasına başlayacaq.