PARALİMPİYAÇIMIZ RAMAN SALEH AVROPA ÇEMPİONU OLUB

Portuqaliyanın Madeyra şəhərində paralimpiyaçılar arasında üzgüçülük üzrə Avropa çempionatını keçirilib.

“Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış idmançımız Raman Saleh çempionatda qızıl medal qazanıb.

O, 100 metrəyə arxasıüstə üzmə növündə 1 dəqiqə 1 saniyə nəticə göstərərək bütün rəqiblərini geridə qoyub.