S7 AİRLİNES AVİAŞİRKƏTİ VORONEJDƏN AZƏRBAYCANA İLK UÇUŞUNU LƏĞV EDİB

Rusiyanın S7 Airlines aviaşirkəti Voronejdən Azərbaycana ilk uçuşunu ləğv edib.

Aviaşirkət iyulun 4-də Voronejdən Azərbaycan paytaxtına ilk uçuşu yerinə yetirməli idi.

Xatırladaq ki, Rusiyanın “Azimut” aviadaşıyıcısı 23 iyun tarixinə planlaşdırılan Rostov – Bakı – Rostov marşrutu üzrə A4259 / 260 reysini təxirə salıb.