CÜDOÇULARIMIZ AVROPA KUBOKU YARIŞINI İKİ MEDALLA BAŞA VURUBLAR

Orenburqda (Rusiya) cüdo üzrə Avropa kuboku yarışı keçirilib.

Avqustun 7-də start götürən turnirin ikinci günü komandamız aktivinə daha bir medal yazdırıb. Belə ki, təmsilçilərimizdən İmran Yusifov (100 kiloqramdan yuxarı) üçüncü yeri tutub.

Qeyd edək ki, yarışın birinci günündə Nurlan Osmanov (73 kq) gümüş medal qazanıb. Beləliklə, cüdo komandamız yarışı iki medalla başa vurub.

İki gün davam edən turnirdə on dörd ölkədən 200-ə yaxın cüdoçu iştirak edib.