BAKIDAN NAXÇIVANA İLK AVTOBUS REYSİ YOLA SALINIB

Uzun müddətli fasilədən sonra Bakıdan Naxçıvana ilk avtobus reysi yola salınıb.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib. İlkin olaraq yalnız səhər reyslərinin fəaliyyəti nəzərdə tutulub.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.