BAKI METROSUNDA TƏMİRLƏ ƏLAQƏDAR 6 YENİ EKSPRES MARŞRUTU FƏALİYYƏTƏ BAŞLADI

“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq.

Dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrutu avqustun 14-dən fəaliyyətə başlayıb.