Haqqımızda

2020-ci ilin aprel ayından fəaliyyətə başlayan “Media Təhlil Mərkəzi” İctimai Birliyinin başlıca missiyası Azərbaycanın media məkanının təhlil və araşdırmalarının aparılması, KİV-lərin fəaliyyətinin səmərəliliyi yüksəldilməsi məqsədilə təkliflərin hazırlanmasıdır.

Mərkəz KİV-lərin, eləcə də dövlət qurumlarının kommunikasiya siyasətinin təhlili, bu sahədə analitik hesabatların hazırlanması, sorğular vasitəsilə ictimai rəyin öyrənilməsi sahəsində ixtisaslaşmağı hədəfləyib.

Azərbaycanla bağlı xarici media resurslarında dərc olunan informasiya və məlumatların monitorinqinin həyata keçirilməsi, beynəlxalq miqyaslı KİV-lərin fəaliyyətində müasir yanaşma və trendlərin öyrənilməsi də MTM-in fəaliyyətində mühüm yer tutur.

Ölkə jurnalistlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və media sahəsində problemlərin aradan qaldırılmasına xidmət edən təkliflərin hazırlanması da Media Təhlil Mərkəzinin fəaliyyətinin əsas prioritetlərindən biridir.

Mərkəz informasiya siyasətində yalnız peşəkar jurnalistika prinsiplərini, eləcə də dövlət və ictimai maraqları üstün tutur.

Əsas Səhifə

XƏBƏRLƏR

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək
29 Mart 2024
Bu gündən 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus “Gənclik” metrostansiyasının yanında yaradılan yeni nəqliyyat mübadilə (NMM) mərkəzindən hərəkət edəcək. Azərbaycan Yerüstü Nəqli...
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
29 Mart 2024
Yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunduğuna görə Bakıda 8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir. 8 Noyabr prospekti uzun müddət əsaslı təm...
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
29 Mart 2024
Mayın 1-dən 3-dək Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. “Bakı Prosesi...

MEDİA TƏHLİL MƏRKƏZİ

Xəbərlər

XİDMƏTLƏRİMİZ

Media monitorinq
Sorğu və ictimai rəyin öyrənilməsi
Reytinq və təhlil
PR və marketinq
Hüquqi konsultasiya

MÜŞTƏRİLƏR